8 Dekabr 2014 10:23
1 103
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda qız üstündə bıçaqlanma hadisəsi törədən yeniyetmə həbs edilib.

Bu barədə Teleqraf.com-a Nəsimi rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında baş verib. 1997-ci il təvəllüdlü Vüsal Kazımov həmyaşıdı Nəriman Muradovu bıçaqlayıb. Nəriman Muradov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Hadisəni törədən Vüsal Kazımov həbs edilib. Cinayəti törədən də, zərərçəkən də paytaxtda yerləşən kolleclerdən birinin tələbləri olib. Cinayətin törədilməsinin səbəbkarı olan və hələlik adı açıqlanmayan qız da həmin kollecdə oxuyur.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər