Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa zərər vurmaqda təqsirli bilinən 1992-ci il təvəllüdlü Pərviz Murtuzovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hadisə bu il aprelin 22-də Sabunçu qəsəbəsi Musabəyov küçəsində qeydə alınıb. Qəsəbə sakinləri Pərviz Murtuzov münaqişə zəminində Seymur Hüseynova bıçaq xəsarəti yetirib.
Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşları tərəfindən Pərviz Murtuzov saxlanılıb.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Pərviz Murtuzov 4 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov