14 Oktyabr 2022 17:44
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün hakim Nural Əliyevin icratına verilib.

Məhkəmənin hazırlıq iclası noyabrın 10-a təyin olunub.

Alimpaşa Məmmədov ötən il aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər