10 Dekabr 2014 12:47
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən İlham Şirinovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə İlham Şirinov 9 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İlham Şirinov həbs olunub. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olub.

Müəyyən edilib ki, İlham Şirinov sevgilisinə qarışı dələduzluq edib. O, əvvəllər münasibətdə olduğu qadını aldadıb. O, qadını işə düzəldəcəyinə inandırıb, pulunu alaraq mənimsəyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər