20 Dekabr 2022 17:07
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda piyadanın ölümi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Qurbanalı Məmmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Ramin Qaraqurbanlının sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qurbanalı Məmmədovun əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, hadisə 2021-ci ilin mayında Bakının Sabunçu rayonunda baş verib. Qurbanalı Məmmədov idarə etdiyi avtomobillə yolu keçmək istəyən piyada İntiqam Rəsulovu vurub.

Sonuncu aldığı xəsarətdən hadisə yerində keçinib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qurbanalı Məmmədov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Bundan narazı qalan müdafiə tərəfi apellyasiya şikayəti verib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər