Bakının Suraxanı rayonunda intihar hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Suraxanı rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, hadisə rayonun Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Tərlan Mustafayeva özünü yaşadığı evdə asaraq ölüb. Qadının intihar etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov