Səbail rayon Bələdiyyəsinin sabiq sədri Əhməd Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırıması üçün hakim Məhəmməd Əkbərovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası yanvarın 11-nə təyin olunub.
Qeyd edək ki, Əhməd Hüseynov Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti və Səbail rayon Bələdiyyəsi zərərçəkmiş qismində tanınıb.