Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin binasında ölüm hadisəsi baş verib.
Yasamal rayon Polis İdarəsindən verilən məlumata görə, rayon İcra Hakimiyyətində keçirilən iclasa qatılan 1949-cu il təvəllüdlü Allahverdi Məmmədovun vəziyyəti qəfildən pisləşib və o, dünyasını dəyişib. İlkin versiyaya əsasən A. Məmmədov ürək tutmasından keçinib.
A. Məmmədov Yasamal rayonundakı məktəblərdən birində müəllim işləyirmiş.
apa.az