Bakının Qaradağ rayonunda bir ay əvvəl baş verən oğurluq cinayətinin üstü açılıb.
Bu barədə Teleqraf.com-a Qaradağ rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, oğurluq hadisəsi noyabrın 12-də baş verib. Puta qəsəbəsində Azad Poladovun evindən qapını sındırmaq yolu ilə 900 manat və ayaqqabı oğurlanıb. Azad Poladov evindən oğurluq edilməsi ilə bağlı 10-cu polis bölməsinə şikayət edib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, 1977-ci il təvəllüdlü Nicat Nərimanov tutulub.
Hacı Zeynalov