24 Dekabr 2014 17:23
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən Kürdəmir rayon sakini Əlipaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, qanlı olay hadisəsi Yasamal rayonunun Şərifzadə küçəsində qeydə alınıb. Hadisə zamanı bıçaqlanan Abşeron rayon sakini, 1970-ci il təvəllüdlü Elbrus Səfərov Klinik Tibbi Mərkəzə gətirilib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Kürdəmir rayon sakini, 1984-cü il təvəllüdlü Əlipaşa Məmmədov tutulub.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Əlipaşa Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər