Bakının Sabunçu rayonunda 10 ay əvvəl törədilən cinayətin üstü açılıb.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi rayon sakini, 1994-cü il təvəllüdlü Təbriz Həsənov tutulub.
Təbriz Həsənov bu ilin fevralın 12-də Sabunçu qəsəbəsi Ə.Cavad küçəsində Bakı şəhər sakini Asif İbrahimzadəni dəmir parçası ilə vurub və daha sonra zərərçəkənin 4000 manat pulunu, sənədlərini soyğunçuluq yolu ilə ələ keçirib.
Hacı Zeynalov