3 Yanvar 2015 13:39
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri Səbail rayonunda 1956-cı il təvəllüdlü Kamran Vəli oğlu Rəsulov mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər mənzilə baxış keçirərkən zərərçəkmişi huşsuz vəziyyətdə aşkar ediblər.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı K. Rəsulovun vəfat etdiyi müəyyən olunub.


Müəllif: