Nərimanov rayon Məhkəməsində soyğunçuluqda təqsirli bilinən Mehdi İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, 25 saylı xətt avtobusunda naməlum şəxs Bakı şəhər sakini Əkbər Cəfərovun 100 manatını alaraq hadisə yerindən qaçıb. Əkbər Cəfərov soyğunçuluqla bağlı polis idarəsinə şikayət edib.
Nərimanov rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mehdi İsmayılov tutulub.
Hakim Turqay Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Mehdi İsmayılov 2 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov