Xəbər verdiyimiz kimi, Vaqif Xaçaturyanın müdafiəçisi Natiq Bəybalayev səhhəti ilə əlaqədar müvəkkilinin hüquqlarını qoruya bilməyəcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, məhkəmə Xaçatryana dövlət hesabına Radmila Abul qızı Abılovanı vəkil təyin edib.
Qeyd edək ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olan Radmila Abılova Bakı şəhər 5 saylı Vəkil Bürosunda çalışır, 11 illik vəkillik təcrübəsinə malikdir.