19 Dekabr 2023 08:55
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşları tərəfindən şəhər ərazisində hərəkətdə olan “Mercedes” və “Chevrolet” markalı avtomobillərin sürücüləri yol hərəkəti qaydalarını pozduqları üçün saxlanılıb.

Teleqraf.com xəbər verir ki, sürücülərin narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan onlar, tibbi müayinədən keçirilib və fakt öz təsdiqini tapıb. Fuad Məmmədov və Roman Əliyev barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti məhkəməyə göndərilib.

Bundan başqa monitorinqlər zamanı bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərlə qadağan olunmuş qanunla qadağan edilməsinə baxmayaraq avtomobilə kosntruksiya dəyişikliyi edərək digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub. Həmin sürücülər saxlanılaraq profilaktiki söhbət aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb. Qanunsuz dəyişikliklər aradan qaldırıldıqdan sonra nəqliyyat vasitələri istismara buraxılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər