Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, yanvarın 16-da Ramana qəsəbəsindən qəsəbə sakinləri Saleh Məmmədov və İbrahim Əliyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Onların bıçaqlanması barədə Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsinə məlumat verilib.
Polis əməkdaşları tərəfindən aparılmış tədbirlər nəticəsində Saleh Məmmədova xəsarətin Özbəkistan vətəndaşı Tahir Əliyev tərəfindən yetirilməsi müəyyən edilib. Həmin vaxt İbrahim Əliyevə isə xəsarətin Saleh Məmmədov tərəfindən yetirilməsi üzə çıxıb. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Tahir Əliyev tutulub.
Müəyyən edilib ki, həmin gün adıçəkilən şəxslər arasında mübahisə kütləvi dava ilə nəticələnib. Nəticədə də qanlı cinayət hadisəsi baş verib.
Hacı Zeynalov