22 Fevral 02:00
1 205
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il Çexiyada saxlanılan azərbaycanlı kriminal avtoritet Polad Ömərov ABŞ-yə ekstradisiya olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Çexiya Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Polad Ömərov çərşənbə günü səhər Praqa Vatslav Havel hava limanında ABŞ-nin səlahiyyətli nümayəndələrinə təhvil verilib.

Ömərov, Rafət Əmirov və Xalid Mehdiyevlə birlikdə Nyu-Yorkun Bruklin şəhərində yaşayan İran hökumətini tənqid edən şəxsə qarşı sui-qəsddə ittiham olunurlar.

Cinayətin sifarişini Tehran verib. Saxlanılanlar sifarişlə adam öldürmə və çirkli pulların yuyulmasında ittiham olunurlar.

Qeyd edək ki, ötən il Praqada saxlanılan Polad Ömərov eyni zamanda, Ukrayna dövləti tərəfindən 2021-ci ilin dekabrında Nazir Əliyevin qətlini təşkil etdiyinə görə beynəlxalq axtarışa verilmişdi.

Polad Ömərov mərhum kriminal avtoritet Nadir Səlifova yaxınlığı ilə tanınırdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər