26 Yanvar 2015 12:37
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində tanışını öldürməkdə təqsirli bilinən Rahid Qüdrətovun cinayəti işi ilə bağlı məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hadisə ötən ilin mayın 15-də baş verib. Lerik rayon sakini Qaşqay İmanovun xəstəxanada infarktdan ölməsi barədə polisə məlumat daxil olub. Aparılan araşdırma zamanı məlum olub ki, Qaşqay İmanov Bakı şəhər sakini Rahid Qüdrətov tərəfindən döyülüb və aldığı xəsarətdən ölüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rahid Qüdrətova 10 il azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Rahid Qüdrətov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.
Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara görə, Rahid Qüdrətovun apelyasiya şikayəti təmin edilməyib.


Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər