17 Sentyabr 14:01
1 801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yardımlı rayonunda 2006-cı il təvəllüdlü Cəfər yetkinlik yaşına çatmayan Leyla (adlar şərti verilib – red.) ilə cinsi əlaqədə olub.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə bu il mayın 1-də gecə saat 1-2 radələrində Yardımlı rayonunun kəndində baş verib.

Cəfər 2009-cu il təvəllüdlü Leylanın razılığı əsasında kənd ərazisində yerləşən yarımçıq tikiliyə getdikdən sonra onunla cinsi əlaqədə olmaq istədiyini bildirib. Leyla təkliflə razılaşaraq paltarlarını soyunub və yardımçı tikilinin otaqlarından birində onunla cinsli əlaqədə olub.

Cəfər həmin gün günorta saat 13-14 radələrində Leyla ilə Yardımlı şəhəri, Ünəç küçəsinin yaxınlığında yerləşən meşəlik əraziyə gedib. Orada onunla cinsi əlaqədə olmaq istədiyini bildirib. Leyla həmin təkliflə razılaşıb, onlar cinsli əlaqədə olublar.

İstintaq orqanı tərəfindən Cəfərin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

“Tik-tok”da tanış oldum”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cəfər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, anası və bacısı ilə birlikdə yaşayır: “İstifadəmdə olan mobil telefonda “Tik-tok” sosial şəbəkəsindən istifadə etmişəm.

2024-cü ilin aprel ayının ortalarında “Tik-tok” sosial şəbəkəsində Yardımlı rayonunun kəndində yaşayan Leyla ilə tanış oldum. Leyla əvvəlcə Gəncə şəhərində yaşadığını bildirdi, mesajlaşdıqdan sonra Yardımlı rayonunun kəndində yaşadığı məlum oldu. Bundan Leyla ilə telefonla əlaqə saxladım. Həmçinin “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə də danışıqlar apardıq, mesajlaşdıq”.

Cəfər qeyd edib ki, aprelin 29-da Leylaya evlənməyi təklif edib: “Leyla mənim bu təklifimlə razılaşdı. Aprelin 30-da onunla yenidən əlaqə saxladım, ona yaşadığı evin yanına gələcəyimi bildirdim. Mənimlə evlənmək üçün getməsini dedim. Leyla da razılaşdı”.

“Cinsi əlaqədə olmaq qərarına gəldik”

Təqsirləndirilən şəxsin sözlərinə görə, aprelin 30-da günorta saatlarında Leylanın yaşadığı evin yaxınlığına gedib: “Lakin Leyla evdən çıxa bilmədi. Bundan sonra rayon mərkəzinə qayıtdım. Həmin gün saat 17-18 radələrində yenidən Leyla ilə əlaqə saxladım və onun yaşadığı evin yanına getdim.

Leyla evdən çıxaraq yanıma gəldi. Mənimlə birlikdə rayonun digər kəndinin yaxınlığındakı meşəlik sahədə gizləndik. Hava qaralandan sonra piyada asfalt yola doğru getdik, Yardımlı rayonunun kəndi ərazisində yerləşən yarımtikiliyə daxil olduq. Orada təxminən 4-5 saat bir yerdə olduq. Orada Leyla ilə söhbət etdin və cinsi əlaqədə olmaq qərarına gəldik”.

“Çayı keçdik”

Cəfər qeyd edib ki, mayın 1-də gecə saat 1-2 radələrində yarımtikilidə Leyla paltarlarını soyunub və aşağı çəkərək yerə uzanıb: “Mən də əynimdə olan paltarları soyundum, cinsi əlaqədə olduq. Leyla üzərində olan qanları sildi. Gecə saatlarında piyada asfalt yoldan hərəkət edərək çayı keçdik və Yardımlı şəhərinin Ünəç küçəsinə, yaşadığımız evin yaxınlığına getdik. Mən səhər saatlarında yaşadığım evə gedərək paltarlarımı dəyişdim”.

Təqsirləndirilən şəxs deyib ki, daha sonra Leyla ilə birlikdə Ünəç küçəsinin yaxınlığında yerləşən meşəlik sahəyə gediblər: “Həmin tarixdə saat 13-14 radələrində meşəlik sahədə olarkən Leyla ilə söhbət etdik, yenidən cinsi əlaqədə olmaq istədik. Soyunduq, Leyla ilə onun razılığı əsasında yenidən cinsi əlaqədə oldum. Bundan bir az sonra oradan getdik”.

“Bizə elçi gələcəyini bildirdi”

İş üzrə zərərçəkmiş qismində ifadə verən Leylanın sözlərinə görə, Cəfərlə “Tik-tok” sosial şəbəkəsində tanış olublar: “Həmin vaxt Cəfər mənə mesaj yazdı və tanış olmaq istədiyi bildirdi. Tanış olub bir müddət mesajlaşdıq. Həmin vaxt Cəfərə 2009-cu il təvəllüdlü olduğumu bildirdim. Cəfər də mənə öz doğum tarixini söylədi.

Cəfər bizə elçi gələcəyini bildirdi. Lakin mən atamın biləcəyindən narahat oldum və Cəfərə gəlməməyi, bir müddət gözləməyi dedim. Daha sonra Cəfər mənə evlənmək məqsədi ilə qaçıracağını dedi”.

“Məni cinsi əlaqəyə məcbur etmədi”

Leyla qeyd edib ki, aprelin 30-da saat 17-18 radələrində Cəfər onun yaşadığı ünvana gəlib: “Cəfər mənə onunla getməyimi təklif etdi. İlk əvvəl getmək istəməsəm də, sonra fikrimi dəyişərək razılıq verdim. Birlikdə rayonun digər kəndi ərazisində yerləşən yarımçıq tikiliyə getdik. Orada Cəfər mənimlə birinci dəfə cinsi əlaqədə oldu. Həmin vaxt Cəfərə bir daha yaşımın az olmasını bildirdim. Cəfər mənimlə evlənəciyini dedi.

Hava işıqlanmağa başlarkən birlikdə Cəfərin yaşadığım evin yaxınlığındakı meşəlik sahəyə getdik. Saat 13-14 radələrində meşəlik sahədə Cəfər mənimlə yenidən cinsi əlaqədə olmaq istədi. Mənim razılığımla ikinci dəfə cinsi əlaqədə olduq. Cəfər məni cinsi əlaqədə olmağa məcbur etmədi.

Öz razılığımla onunla iki dəfə təbii yolla cinsi əlaqədə olmuşam və qızlıq bəkarətim pozulub”.

“Qızımı tapa bilmədik”

Şahid qismində ifadə verən zərərçəkmiş Leylanın anası Seyranənin sözlərinə görə, Leyla yaşca kiçik qızıdır: “Digər övladlarım ailə həyatı qurub və ayrı yaşayırlar.

Aprelin 30-da, saat 18-19 radələrində qızım Leyla ilə birlikdə yaşadığım evin həyətində olmuşuq. Qazın gəlib-gəlməməsini yoxlamaq üçün evə daxil oldum və qaz sobasını yoxladıqdan sonra yenidən həyətə qayıtdım.

Bu zaman Leylanın həyətdə olmadığını gördüm və ərim Həsənə məlumat verdim. Leylanın nə qədər axtarsaq da tapa bilmədik. Mayın 1-də Leylanın naməlum şəxs tərəfindən qaçırılmağı barədə ərim Həsən Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdi.

Bundan sonra Leylanı evlənmək məqsədi ilə Cəfər adlı şəxslə getdiyini, qarşılıqlı razılıqları ilə cinsi əlaqədə olmasını bildik”.

Bu cinayət işinə Yardımlı Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Cəfər 2 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Qeyd edək ki, Cəfər bundan əvvəl Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə təqsirli bilinib və Yardımlı Rayon Məhkəməsinin 6 iyun 2024-cü il tarixli hökmü ilə 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Həmin hökmdə qeyd olunub ki, Cəfər 12 noyabr 2023-cü ildə saat 16-17 radələrində Yardımlı rayonunun başqa bir kəndində Samirənin yaşadığı evdə aralarında şəxsi münasibətlər zəminində baş vermiş narazılıq zamanı ona yumruqla zərbələr vurub.

“Qəsdən vurmamışam, zorlamamışam”

Həmin iş üzrə izahat verən Cəfərin sözlərinə görə, zərərçəkmiş Samirənin oğlu Vüsalla aralarında qız məsələsi ilə əlaqədar mübahisələri olub:

“Bu məqsədlə 12 noyabr 2023-cü ildə saat 16 radələrində əvvəllər yaşadığımız evə baxmağa, həmçinin dostum Əliylə görüşmək üçün həmin kəndə getdim. Kəndə çatanda dövlət sərhədinin mühafizə zolağının içində Samirənin əri Vəlinin heyvan otardığını gördüm. Vəlinin yanında Mübariz adlı şəxs də vardı. Mən Vəli ilə atamın həbs olunmasından danışdım.

Vəli mənə mal-qaranın ərazidən çıxaracağını dedi, evə gedərək çay içməyi təklif etdi. Onunla yaşadığı evə getdim. Həyətdə Samirə və oğlu Vüsalın oturduqlarını gördüm. Onlarla söhbət etdim, evdə Vəlinin siqaretinin olub-olmamasını soruşdum. Vüsal evdən bir qutu siqaret gətirdi, lakin qutunun içərisində siqaretlərin sayı az idi. Buna görə Vüsala 1 manat pul verib siqaret almağa yolladım.

Samirədən oğlu Əlinin harada olmasını və nə vaxt gələcəyini soruşdum. O da Əli barəsində maraqlanmağımın səbəbini soruşdu. Dedim ki, Əli mənim tanış olduğum qızla danışır. Samirə Əlinin elə bir şey etmədiyini dedi. Mən də əsəbləşdim, Əlinin ünvanına nalayiq ifadələr işlətdim.

Həmin vaxt Samirə üstümə hücum etdi. Mən Samirəni əlimlə itələdim, yerə yıxıldı. Samirə oturacağı götürərək məni vurmaq istədi. Lakin mən oturacağı əlindən aldım. Samirə evin pəncərəsindən həyətə tullandı və qaçaraq getdi. Pəncərənin qarşısında olan mobil telefonu və qara rəngli adapteri götürərək evdən çıxdım.

Piyada Yardımlı şəhəri istiqamətində hərəkət etdim. Yolda Əliyə zəng vurdum, atasının telefonunun məndə olduğunu, onunla görüşmək istədiyimi bildirdim. Əli mənə Masallı rayonuna olduğunu bildirdi və ünvanıma söyüş söydü. Polis əməkdaşları məni saxlayıb şöbəyə gətirdilər. Mobil telefon və adapteri təqdim etdim.

Mən Samirə ilə cinsi əlaqədə olmamışam, onu qəsdən vurmamışam, zorlamamışam”.

“Mənimlə zorla cinsi əlaqədə oldu”

İş üzrə zərərçəkmiş qismində ifadə verən Samirənin sözlərinə görə, noyabrın 12-də səhər saatlarında əri Vəli heyvanları otarmaq üçün örüş sahəsinə aparıb:

“Oğlum Vüsal mənimlə evdə qaldı. Noyabrın 12-də saat 16-17 radələrində mən yaşadığım evdə, oğlum Vüsal isə kənd ərazisində olub.

Evdə məişət işləri ilə məşğul olan zaman həyətdə olan itlərin hürməsini eşidib həyətdə çıxdım və Cəfəri gördüm. Evə daxil olan Cəfər bir stəkan su istədi. Mən də ona qaynar su verdim. Eyvanda Cəfər siqaret çəkdi. Mən isə yemək bişirmək üçün kartof soydum.

Bu vaxt Cəfər mənimlə zorla cinsi əlaqədə olmaq istədi, ona müqavimət göstərdim. O, müqavimətimi qıraraq zorla mənimlə cinsi əlaqədə oldu. Yumruqla sifət nahiyəmə bir neçə zərbə vurdu. Həmin zərbələrdən xəsarətlər aldım.

Evin həyətindən oğlum Vüsalın səsi gəldi. Cəfər səsi eşitdikdə məni döyməyi dayandırdı. Mən də evin pəncərəsindən çıxaraq həyətə düşdüm, ərim Vəlinin yanına qaçdım”.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər