Müdafiə Nazirliyinin Katibliyinin rəisi general-mayor Namiq Poladov vəzifəsindən azad edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov Əmr imzalayıb.
Əmrə əsasən, general Poladov son yaş həddi ilə bağlı təqaüdə göndərilib. Nazirin digər Əmri ilə polkovnik Elnur Kazımov Katibliyin rəisi təyin edilib.