16 Avqust 17:47
1 289
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, ilkin baxış prosesində hakimdən söz alan Alimpaşa Məmmədov səhhətində ciddi problemlərin olduğunu, bir neçə dəfə təcridxanada halının pisləşdiyini, ürək əməliyyatı ola biləcəyi və onkoloji xəstəlikdən əziyyət çəkdiyini deyib.

O, həmçinin hakimdən apellyasiyadan verilən şikayətin tez bir zamanda sonlandırılmasını, beləliklə, açıq tipli həbsxanaya aparılmasını xahiş edib.

Hakim növbəti məhkəmə prosesini sentyabr ayının 6-a təyin edib.

Xatırladaq ki, Alimpaşa Məmmədov Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

O, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs edilmiş və barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər