20 Avqust 19:08
1 379
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya məhkəməsi 10 mindən çox insanın qətlində iştirak edən Nasist Ştuttof düşərgəsinin keçmiş katibi İrmqard Furçnerin hökmünü qüvvədə saxlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "AP" agentliyi məlumat yayıb.

Bildirilir ki, 2022-ci ilin dekabrında Almaniya məhkəməsi 99 yaşlı qadına iki il şərti həbs cəzası verib.

Onun 10,505 işdə qətlin ortağı, beş halda isə adam öldürməyə cəhdin ortağı olduğu müəyyən edilib.

Keçən ay federal məhkəmə iclasında Furçnerin vəkilləri onun həqiqətən komendant və digər yüksək səviyyəli düşərgə məmurları tərəfindən törədilən cinayətlərə şərik olub-olmadığını şübhə altına alıblar.

Qeyd olunur ki, Furçner yetkinlik yaşına çatmayan şəxs kimi məhkəmə qarşına çıxarılıb. Belə ki, hadisələr zamanı onun 18 və 19 yaşı olub.

Nasist düşərgəsində yəhudi məhbuslar, polşa partizanları və sovet hərbi əsirləri də daxil olmaqla təxminən 65.000 adam öldürülüb.


Müəllif: Arzu

Oxşar xəbərlər