10 Mart 2015 14:28
1 676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sevdiyi oğlandan hədiyyə almayan qız özünü öldürmək istədi

Bakının Sabunçu rayonunda faciəli hadisə baş verib. Sabunçu Rayon Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Balaxanı qəsəbəsində qeydə alınıb.

Qəsəbədə 1995-ci il təvəllüdlü Sevda Əliyeva (ad və soy ad şərti göstərilib-red.) 8 Mart günü sevgilisindən hədiyyə almadığı üçün xeyli miqdarda dərman içərək özünü öldürmək istəyib. O, xəstəxanaya yerləşdirilib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər