16 Mart 2015 14:56
948
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda əcnəbi vətəndaşa qarşı cinayət törədilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Namaz Bəkirov tutulub.

O, martın 7-də Avstraliya vətəndaşı Dunlop Anryuv Rolandın 150 manatını və sənədlərini soyğunçuluq yolu ilə alıb.

Hacı Zeynalov


Müəllif: