Bakının Sabunçu rayonunda evdən oğurluq edilib. Bu barədə Teleqraf.com-a Sabunçu Rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, cari il fevral ayının 22-də Bakı şəhər sakini Əlisəfa Ağayevin Bilgəh qəsəbəsindəki evdən 2150 manat oğurlanıb. Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmin evdə xadimə işləyən paytaxt sakini Valentina Kurnosova saxlanılıb.
Hacı Zeynalov