8 Aprel 2015 15:08
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, aprelin 7-də saat 10.00 radələrində Kürdəmir rayonunun Xırdapay kəndində rayon sakini Eldar Rəhimovun idarə etdiyi “VAZ-21015” və Hacıqabul rayon sakini Cabir Cəbrayılovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. Nəticədə E.Rəhimovun 3 sərnişini xəsarət alaraq, xəstəxanaya yerləşdirilib.

Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: