Hacıqabul şəhərində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini İlqar İsmayılov vurulub.
Nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Hacı Zeynalov