20 Aprel 2015 01:41
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda mənzildə meyit aşkarlanıb.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bakının Yasamal rayonunda 1946-cı il təvəllüdlü Tağızadə Ayna Müzəffər qızının mənzildə bağlı qapı arxasında qaldığı barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açıblar. Onlar A. Tağızadənin cəsədini aşkar ediblər.

Cəsəd aidiyyəti üzrə təhvil verilib.


Müəllif: