Gəncədə qətl hadisəsi törədənlər həbs edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə aprelin 18-də qeydə alınıb. Gəncə şəhərində şəhər sakini Yaqub Qəhrəmani münaqişə zəminində həmyerlisi Əli Əliyevə bıçaqla xəsarət yetirib və hadisə yerini tərk edib. Nəticədə Əli Əliyev ölüb.
Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yaqub Qəhrəmani və hadisədə iştirak etmiş digər şəxs - şəhər sakini Əli Qəhrəmani tutulular.
faktla bağlı araşdırmalar aparılır.
Hacı Zeynalov