22 Aprel 2015 13:05
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonu ərazisində sirkə turşusundan zəhərlənmə faktı ilə bağlı ölüm hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Bakı şəhər sakini İlqar Bağırov sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilib.

Ona tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər