24 Aprel 2015 14:09
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərtər rayonunda ölümlə nəticələnən yol qəzası qeydə alınıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Qaraqoyunlu kəndində qeydə alınıb. Müəyyən edilməmiş avtomobillə yolu keçən Qapanlı kənd sakini Sergey Mehdiyev vurulub. S.Mehdiyev xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Hacı Zeynalov


Müəllif: