22 May 2015 16:17
3 709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kəlbəcər rayonunun Zallar kəndində anadan olmuş 1970-ci il təəllüdlü İsa Qurbanov qohumu Səidə Əliyevaya qarşı seksual xarakterli hərəkətlər edib.

Teleqraf.com xəbər verir ki, hadisə 31 avqust 2014-cü il tarixdə, gecə saat 03 radələrində baş verib. (Cinayət işində adlar şərti verilib)

İsa Qurbanov həmin gün Goranboy rayonu, Börü kəndində yaşayan uzaq qohumu Samir Əliyevin evinə qonaq gəlib. O, gecə vaxtı evdə olan şəxslərin yatmasından istifadə edərək ev sahibi Səidə Əliyevanın azyaşlı uşaqları ilə birlikdə yatdığı otağa girib.

“Samir və Səidə ilə aramızda düşmənçilik olmayıb”

O, yataqda olan Səidəyə qarşı zorakılıq tətbiq edərək, ona xəsarət yetirib. Daha sonra Səidə Əliyeva ilə zorkı yolla cinsi əlaqədə olub. Bu əməli ilə İsa Qurbanov Cinayət Məcəlləsinin 150.1-ci (seksual xarakterli hərəkətlər etmək) maddəsi ilə ittiham edilb. Cinayət işi baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilib.

Hakim İsmayıl Abdurəhmanlının sədrliyi ilə keçirilən prosesdə ifadə verən İsa Qurbanov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, bildirib ki, Kəlbəcər rayonundan məcburi köçkündür, ailə üzvləri ilə birlikdə Gəncə şəhəri, Gülüstan qəsəbəsi ərazisindəki təzə məhlələrdə məskunlaşıblar: “Zərərçəkmiş Səidə Əliyeva uzaq qohumum Samir Əliyevin arvadıdır. Əvvəllər mənim Samir və Səidə ilə aramızda ədavət, düşmənçilik olmayıb”.

“Mənə və Seymura zalda yataq hazırladı”

Təqsirləndirilən şəxsin sözlərinə görə, avqustun 30-da idarə etdiyi “VAZ 21074” markalı avtomobillə qohumu Seymuru, onun arvadı Sevdanı, həmçinin Rahil adlı qohumlarını və Rahilin arvadını Goranboy rayonunun Qızılhacılı qəsəbəsinə, toy məclisinə aparıb: “Saat 21 radələrində onları Goranboy rayonunun Börü kəndinə qaytarmışam. Kəndə gec saatlarda çatmışıq. Artıq gec olduğu üçün Seymur gecəni Börü kəndində qalmağı, səhər açılandan sonra Gəncə şəhərinə qayıtmağı təklif etdi. Mən də razılaşdım. Seymurun qardaşı Adifin evində yeyib-içdiyimiz vaxt gavalı arağı içdik. Adifin qardaşı Samir onlarda gecələməyimizi təklif etdi. Bu səbəbdən də Samirin evinə getdik. Samirin arvadı mənə və Samirə zalda yataq hazırladı. Biz də zalda yatdıq”.

“Səidənin yatdığı otağa girdiyimi başa düşdüm”

İsa Qurbanov qeyd edib ki, avqustun 31-də, gecə saat 03 radələrində özünü pis hiss etdiyi üçün qalxaraq həyətə çıxıb: “Həyətdə bir neçə dəqiqə hava alandan sonra geri qayıtdım. Evə girəndə qaranlıq olduğundan əlim ilə istiqaməti müəyyən edən vaxt əlim Samirin arvadına dəydi. Bu vaxt öz yatdığımız otağa deyil, Səidənin yatdığı otağa girdiyimi başa düşdüm”.

“Səidə yuxudan oyananda məni yatağında gördü”

Təqsirləndirilən şəxs daha sonra ifadəsində qeyd edib ki, həmin vaxt Səidəni arxası üstə uzadaraq üstünə çıxıb (təqsirləndirilən şəxs zərərçəkmişə qarşı seksual xarakterli hərəkətlər etməsini çılpaqlığı ilə danışıb. Bu səbəbdən də onun ifadəsinin həmin hissəsini dərc etmirik - H. Z.). Təqsirləndirilən şəxsin sözlərinə görə, Səidə Əliyevaya qarşı seksual xarakterli hərəkətlər edən zaman Səidə yuxudan oyanıb: “Səidə yuxudan oyananda məni yatağında gördü. Səidə bildirdi ki, məni nə hesab edirsən, yatağıma niyə girmisən. Səhvən onun yatdığı otağa girdiyimi desəm də, Səidə qışqırmağa başladı. Əlimi Səidənin ağzına tutaraq məni biabır etməməsini xahiş etdim və yataqdan düşdüm. Həmin vaxtı Səidə ilə zorla cinsi əlaqədə olmaq niyyətim olmayıb. Sərxoş olduğumdan Səidənin boynunu və çiynini öpməyimi xatırlamıram. Əynimdəki alt paltarlarını çıxarmamışam, Səidəni paltarlarını soyunudurmamışam. Həmçinin Səidənin əynində olan donu yuxarı qaldırmamışam. Hadisə vaxtı səhvən Səidənin yatdığı otağa girmişəm. Yataqda uzanan şəxsin Səidə olduğunu başa düşdükdən sonra ehtirasımı söndürmək üçün onu arxadan qucaqlamışam. Törətdiyim əməldən peşmanam. Səidədən üzr istəmişəm və barışmışıq. 2 azyaşlı uşağımın olmasını nəzərə alıb mənə yüngül cəza təyin olunmasını xahiş edirəm”.

“İsanın yatağıma girdiyini ərimə dedim”

Cinayət işi üzrə zərərçəkmiş Səidə Əliyeva bildirib ki, əri Samir Əliyevin uzaq qohumu olan İsa Qurbanov 2014-cü ilin avqust ayının 30-dan 31-ə keçən gecə onların evlərində qonaq qalmalı olub: "Ərimə və İsaya zalda yer düzəltdim. Özüm isə başqa otaqda 2 azyaşlı uşağım ilə birlikdə yatdım. Gecə saat 03 radələrində yatağımda üzü divara tərəf yatdığım vaxt kiminsə yanıma uzandığını hiss etdim. Əvvəlcə yanıma uzanan şəxsin ərim Samir olmasını düşündüm. Həmin şəxs boynumu, çiynimi, sağ qolumu öpdü... (Zərərçəkmiş şəxs təqsirləndiirilən şəxsin ona qarşı seksual xarakterli hərəkətlər etməsini çılpaqlığı ilə danışıb. Bu səbəbdən də onun ifadəsinin həmin hissəsini dərc etmirik - H. Z.). Həmin şəxsin İsa olduğunu biləndən sonra qışırmağa başladım. Bu zaman İsa əli ilə ağzımı tutdu, sakit olmağımı xahiş etdi. İsanı üzərimdən kənara itələyəyərək yenidən qışqırdım. Oğlum Nahid yuxudan oyanaraq işığı yandırdı. Səs-küyə ərim otağa gəldi, nə baş verdiyi soruşdu. İsanın yatağıma girdiyini ərimə dedim. Bu vaxt Samir özünü itirdi. İsa otaqları səhv saldığını, səhvən mənim yatmış olduğum otağa girdiyini dedi. İsa Samirin özünü itirməsindən istifadə edərək yatmış olduğu otağa keçdi və oradan pltarlarını götürərək evdən qaçdı. İsa məndən dəfələrlə üzr istəyib. Həmçinin qohum olduğu üçün İsa ilə barışmışam. Ona qarşı şikayətim yoxdur”.

Məhkəmənin hökmü ilə İsa Qurbanov 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən İsa Qurbanov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib. Onun şikayəti araşdırılması üçün Gəncə Aperlyasiya Məhkəməsinə göndərilib. Hakim Bədəl Əliyevin sədrlik etdiyi kollegiyada aparılan araşdırmanın sonunda qərar elan edilib. Qərara görə, İsa Qurbanovun apelyasiya şikayəti təmin edilib və onun cəzası 1 ilə endirilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər