26 May 2015 12:59
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rəhilə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, məhkəmənin hökmü ilə Rəhilə Əliyevanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti cəza) tətbiq olunub və 3 il müddətinə şərti cəza alaraq olaraq məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Rəhilə Əliyeva Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham edilir. O, vətəndaşların etibarından istifadə etməklə qızıl-zinət əşyaları mənimsəyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər