29 May 2015 15:02
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və soyğunçuluqda ittiham olunan 1993-cü il təvəllüdlü Ədalət Yelmarzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Ədalət Yelmarzadə Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) və 180.2.1-ci (soyğunçuluq) maddələri ilə ittiham edilib.

Hakim Əlisoltan Osmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ədalət Yelmarzadə 4 il 5 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər