4 İyun 2015 15:57
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşları Bakının Xəzər rayonu, İmişli və İsmayıllı rayonlarında olan fermalarda əməliyyat keçirib.

Teleqraf.com xəbər verir ki, ilk belə əməliyyat Ağdam rayon sakini, 1974-cü il təvəllüdlü Fehruz Zeynalova məxsus Xəzər rayonunda yerləşən heyvandarlıq fermasında keçirilib. Əməliyyat nəticəsində fermada vətəndaşının məcburi əməyə məruz qalması faktı müəyyən edilib.

Oxşar əməliyyat Fehruz Zeynalova məxsus İmişli və İsmayıllı rayonlarında yerləşən heyvandarlıq fermalarında keçirilir. Fehruz Zeynalov törətdiyi əmələ görə, məsuliyyətə cəlb edilib.

Qeyd edək ki, bundan əvvəl belə bir əməliyyat Qobustan rayonunda heyvandarlıq fermasında keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz rayon sakini, 1975-ci il təvəllüdlü, Əziz Kərimovun sahibi olduğu Qobustan rayonu, Cəngi qəsəbəsi, Xanqulu qışlağı adlanan ərazidə yerləşən heyvandarlıq fermasında Azərbaycan Respublikası vətəndaşı olan şəxslərin məcburi əməyə məruz qalması faktı müəyyən edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər