Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirli bilinən Yusif Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yusif Tağıyev tutulub. O, ötən ilin mayın 31-də Qorqud İbrahimovun mobil telefonunu soyğunçuluq yolu ilə alıb.
Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Yusif Tağıyev 5 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov