11 İyun 2015 16:05
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirvan Apelyasiya Məhkəməsində həmyerlisini bıçaqlamaqda təqsirli bilinən Kürdəmir rayon sakini, 1961-ci il təvəllüdlü Həmid Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Kürdəmir rayon polis şöbəsinin yaxınlığındakı bərbərxanada rayon sakini Həmid Məhərrəmov münaqişə zəminində həmyerlisi 1962-ci ildə anadan olmuş Valeh Babayevin boğazının şah damarını bıçaqla kəsib.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Yaralı bundan sonra təcili yardım maşını ilə Bakıya yola salınıb. Həmid Məhərrəmov saxlanılıb. O, həmyerlisini söyüş üstə bıçaqladığını deyib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Həmid Məhərrəmov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Həmid Məhərrəmov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.

Hakim Zəki Babayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Həmid Məhərrəmovun apelyasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər