9 İyul 2015 14:09
934

Sumqayıt şəhərində ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə şəhərin H.Z.Tağıyev qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Anar Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobili yol ayrıcıına vurub. Anar Məmmədovun sərnişinlərindən G.Səfərəliyeva hadisə yerində ölüb, digər sərnişini F.Səlimova xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: