19 İyul 2015 23:22
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda intihara cəhdin qarşısı alınıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Abşeron rayonunda 1 nəfər intihar etmək niyyətini nümayiş etdirib. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur.

Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq intihara cəhdin qarşısı alınmışdır.

Əməliyyat saat 20:23-də başa çatmışdır.


Müəllif: