23 İyul 2015 14:41
751
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com-a Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə rayonun Maştağa qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1981-ci il təvəllüdlü Qadir Teymurov aralarında yaranan şəxsi münasibətlər zəminində Vəfadar Kəlbiyevi bıçaqlayıb. Vəfadar Kəlbiyev xəstəxanaya yerləşdirilib.

Polisin keçirdiyi əməliyyat nəticəsində Qadir Teymurov tutulub.

Hacı Zeynalov


Müəllif: