Qazax rayon sakini Şadət Süleymanovu döyərək, daha sonra ov tüfəngindən onun istiqamətində havaya atəş açmış həmyerlisi İmran Qafarov tutulub.
Teleqraf.com xəbər verir ki, Qazax rayon sakini Ş.Süleymanov Ağstafa Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək iyulun 31-də rayonun “Ceyran çöl” adlanan ərazisində Dağkəsəmən kənd sakini İ.Qafarovun münaqişə zəminində onu döyməsini və ov tüfəngindən onun istiqamətində havaya atəş açmasını bildirib.
Polis məkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Qafarov tutulub və ondan “TOZ-16” markalı tüfəng götürülərək müsadirə olunub.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov