Kürdəmir rayonunun Xırdapay kəndində intihar hadisəsi baş verib.
Teleqraf.com-un məlumatına görə, kənd sakini, 1993-cü il təvəllüdlü İlgül Hacıyeva evində sirkə turşusu içərək intihara cəhd edib. Yaxınları tərəfindən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, vəziyyəti ağır olduğundan Bakı şəhərinə göndərilib. Xəstə avqustun 15-də Bakı şəhərində xəstəxanada dünyasını dəyişib.
Hadisəyə ilkin səbəb kimi həyat yoldaşının ikinci dəfə ailə qurması göstərilir.
Faktla bağlı Kürdəmir rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.