20 Avqust 2015 16:37
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bacısını və onun ailə üzvlərini bıçaqlayan 1969-cu il təvəllüdlü Yaşar Əzimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Yaşar Əzimov bacısı, 1972-ci il təvəllüdlü Novruzova İzzətxanım Şəki qızını, onun həyat yoldaşı, 1970-ci il təvəllüdlü Novruzov Yaşar Faiq oğlunu, övladları - 1999-cu il təvəllüdlü Faiqi və 2002-ci ildə anadan olmuş Rəşadı bıçaqlayıb. Ağır bədən xəsarətləri alan ailə üzvləri xəstəxanaya yerləşdirilib. Bildirilir k, Y.Əzimov bacısını və onun ailə üzvlərini onların yaşadığı evdə bıçaqlayıb. 45 yaşlı Yaşar Əzimovun özünün də həmin evdə müvəqqəti yaşadığı qeyd edilir.

Hadisənin baş verməsinə Yaşar Əzimovla Yaşar Novruzov arasında yaşanan mübahisə səbəb olub. Onlar arasında olan mübahisə davaya çevrilib. Ailənin digər üzvləri də hadisəyə müdaxilə edib. Nəticədə Y.Əzimov ailənin bütün üzvlərini bıçaqlayıb.

Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirlən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Yaşar Əzimov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər