Bakının Suraxanı rayonunda yol nəqliyyat hadisəsi tərədən sürücü həbs edilib.
Teleqraf.com xəbər verir ki, hadisə avqustun 18-də baş verib.
Məlumata görə, həmin gün Mehdi Əliyev naməlum avtomobil tərəfindən vurulub. Hadisəni törədən sürücü hadisə yerindən qaçıb. Mehdi Əliyev xəsarətlə 3 saylı şəhər xəstəxanasına yerləşdirilb.
Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədən sürücü müəyyən edilib. Həmin qəza Bakı şəhər sakini Xəyyam Hüseynovun idarə etdiyi “Toyota” markalı avtomobillə törədilib. Qəzanı törədən sürücü həbs edilib.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov