Gecə saatlarında Suraxanı rayonunda 1 nəfər intihara cəhd edib.
Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, bir nəfərin intihar məqsədilə doqquzmərtəbəli yaşayış binasının damına çıxması barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən vətəndaşla psixoloji söhbət aparılıb, nəticədə intihara cəhdin qarşısı alınıb. İntihara cəhd edən şəxs aidiyyəti üzrə təhvil verilib.