28 Avqust 2015 01:14
823
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda yol polisinin əməkdaşlarına zorakılıq edilib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Azadlıq prospekti 149 ünvanında baş verib.

Məlumata görə, Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Eldəniz Nazim oğlu Musayev idarə etdiyi “Mercedes” markalı avtomobili idarə edərkən təhlükəsizlik kəmərini bağlamadığı üçün Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları – 1990-cı il təvəllüdlü Elşən Babayev və 1981-ci il təvəllüdlü Famil Əliyev tərəfindən saxlanılıblar.

Həmin vaxt Eldəniz Musayev və onun sərnişini, 1987-ci il təvəllüdlü Orxan Yaşar oğlu Haqverdiyev yol polisinin əməkdaşlarına qarşı zorakılıq ediblər. Sürücü və sərnişini polis əməkdaşlarını döyərək, onlara xəsarət yetiriblər.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsində təhqiqat araşdırması aparılıb. Hadisəyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Nərimanov Rayon Prokurorluğuna göndərilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər