Bakının Sabunçu rayonunda xəstəxanada müalicə alan ruhi xəstə itkin düşüb.
Teleqraf.com xəbər verir ki, Suraxanı rayonu Hövsan qəsəbəsində yaşayan 1965-ci il təvəllüdlü Taleh Qəhrəman oğlu Şahverdiyev müalicə aldığı 3 saylı Şəhər Klinik Xəstəxanasından çıxaraq itkin düşüb.
O, sentyabrın 20-də, saat 15.00-16.00-da platada tək qaldığı müddətdə xəstəxanadan gedib. Xəstəxanaya gələn Taleh Şahverdiyevin qardaşı Elmar Şahverdiyev qardaşının xəstəxanada olmadığını görüb. O, qardaşının itkin düşməsi ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə müraciət edib.
Hazırda polis itkin düşən ruhi xəstənin tapılaraq ailəsinə təhvil verilməsi üçün tədbirlər görürlər.
Hacı Zeynalov