Türkiyədə nişandan əvvəl fotosessiya etdirən cütlüyün üzükləri olan çanta oğurlanıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Adananın Çukurova vilayətində baş verib. Oğrular cütlüyün şəkil çəkdirməsindən istifadə ediblər.
Cütlük avtomobildən aralanıb parkda şəkil çəkdirməyə gedib. Bir müddət keçdikdən sonra vətəndaşlardan biri gələrək cütlüyün avtomobilindən oğurluq edildiyini deyib. Cütlüyün içində nişan üzüyü, qızıl boyunbağı və 700 lira (240 manat) olan çanta oğurlanıb.
Hadisə yerinə gələn polis istintaqa başlayıb.
Teleqraf.com fotoları təqdim edir:
Rüstəm