Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitələrin respublika ərazisinə gətirilməsi ilə məşğul olan mütəşəkkil cinayətkar qrupların zərərsizləşdirilməsi istiqamətində tədbirlər davam etdirilməkdədir.
DSX-nın mətbuat mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, sentyabrın 26-da həyata keçirilmiş tədbirlər nəticəsində Cəlilabad rayonu Sərxanlı kənd ərazisindəki zastavanın xidməti sahəsində İrandan Azərbaycana qaçaq yolla külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. Nəticədə Cəlilabad rayon sakini 1979-cu il təvəllüdlü Nəsirov Rövşən Fərahim oğlu 7 kq tiryək və 470 qram heroinlə saxlanılıb.
Fakt üzrə DSX tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.
BƏXTİYAR