Cəlilabadda intihar hadisəsi baş verib.
Teleqraf.com APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Soyuqbulaq adlanan meşə zolağında qeydə alınıb. Rayonun Əsəbli kənd sakini, 1973-cü il təvəllüdlü Seymur Ziyafət oğlu Bədirov meşədə ağacdan özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.